Another advertisement
ABŞ keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il prezident seçkilərində öz namizədliyini gələn həftə, 7 iyunda təqdim edəcək
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı “NBC” nəşri yayır.
Nəşrin məlumatına görə, Pens Ayova ştatında tərəfdarları qarşısında kampaniya videosu və nitqlə təqdim olunacaq.
Qeyd edək ki, Mayk Pens Tramp administrasiyasında vitse-prezident postunu tuturdu. Amerikanın 45-ci prezidenti Donald Tramp da prezidentliyə namizəddir. Prezidentlik uğrunda mübarizəni həmçinin Florida qubernatoru Ron Desantis və hazırkı prezident Co Bayden aparır.