This is a specific ad

ABŞ Çinin 31 təşkilatını qara siyahıya salıb – ƏTRAFLI

71

Another advertisement

ABŞ Ticarət Nazirliyi Çindən olan 31 təşkilatı qara siyahıya salıb.

QafqazTürk “Reporta” istinadən xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Ticarət Nazirliyi tərəfindən, həmçinin, İngiltərə, Keniya, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sinqapur, Tayland və Cənubi Afrikanın bəzi strukturlarına ixrac məhdudiyyətləri qoyulub.” – məlumatda bildirilir.

Qara siyahıya, xüsusən də, əvvəllər amerikalı sahibkar və özəl hərbi kampaniyanın qurucusu, sonradan adını bir neçə dəfə dəyişdirən Erik Prinsin rəhbərlik etdiyi Frontier Services Group Ltd də daxil edilib. Ona qarşı məhdudiyyətlər Çin hərbi pilotlarının təlimi və “ABŞ-nin milli təhlükəsizliyini təhdid edən” digər fəaliyyətlər üçün tətbiq edilib. Siyahıya, həmçinin, Cənubi Afrikadan uçuş məktəbi, Test Uçuş Akademiyası da daxildir. Vaşinqtona görə, akademiya Çin hərbi personalına təlim keçmək üçün keçmiş Britaniya hərbi pilotlarını cəlb edir.

ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişə görə, eyni zamanda, Latviyanın Fiber Optic Solutions təşkilatı qara siyahıdan çıxarılıb.

Sonrakı yazı
Bayden əməliyyat olunacaq
Öncəki yazı
Avropa çempionatında veteran cüdoçular arasında birinci yer tutan marneulili cüdoçular Tbilisi hava limanında təntənəli şəkildə qarşılanıblar – ƏTRAFLI