This is a specific ad

ABŞ bu ölkəni vizasız rejim proqramında iştirakını məhdudlaşdırıb

10

Another advertisement

ABŞ Macarıstanın vizasız rejim proqramında iştirakını məhdudlaşdırıb.

Qafqaztürk.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Yayılan məlumata görə, qərar Budapeştin 2011-2020-ci illər arasında verdiyi yeni pasportların təhlükəsizliyi ilə bağlıdır.

Nəşrin məlumatına görə, Macarıstan pasportları olanlar üçün vizasız rejimin qüvvədə olma müddəti 2 ildən 1 ilə endiriləcək və o, yalnız birdəfəlik istifadə üçün etibarlı olacaq.

ABŞ-ın Macarıstandakı səfiri David Pressmanın sözlərinə görə, Macarıstan yüz minlərlə pasportu sadələşdirilmiş naturalizasiya proqramı çərçivəsində, ciddi şəxsiyyət yoxlama mexanizmləri olmadan verib.

“Biz uzun müddətdir Budapeştə deyirik ki, pasportların təhlükəsizliyinə diqqət yetirin, lakin Macarıstan hökuməti bu proqramı bağlamır”, – deyə səfir bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
ვოლოდიმირ ზელენსკი – ვლადიმერ პუტინი 10 წელსაც ვერ იცოცხლებს
Öncəki yazı
XİN: “Azərbaycan-Türkiyə münasibətləri regionda təhlükəsizlik və inkişafın təminatıdır”