ABŞ Macarıstanın vizasız rejim proqramında iştirakını məhdudlaşdırıb.
Qafqaztürk.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Yayılan məlumata görə, qərar Budapeştin 2011-2020-ci illər arasında verdiyi yeni pasportların təhlükəsizliyi ilə bağlıdır.
Nəşrin məlumatına görə, Macarıstan pasportları olanlar üçün vizasız rejimin qüvvədə olma müddəti 2 ildən 1 ilə endiriləcək və o, yalnız birdəfəlik istifadə üçün etibarlı olacaq.
ABŞ-ın Macarıstandakı səfiri David Pressmanın sözlərinə görə, Macarıstan yüz minlərlə pasportu sadələşdirilmiş naturalizasiya proqramı çərçivəsində, ciddi şəxsiyyət yoxlama mexanizmləri olmadan verib.
“Biz uzun müddətdir Budapeştə deyirik ki, pasportların təhlükəsizliyinə diqqət yetirin, lakin Macarıstan hökuməti bu proqramı bağlamır”, – deyə səfir bildirib.