Another advertisement
“ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb”.
QafqazTürk.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.
Bildirib ki, hücumlardan 53-ü İraqdakı, 77-si Suriyadakı Amerika bazalarına edilib.
Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayını da açıqlayıb. Hücumların 27-yə yüksəldiyini təsdiqləyib.