This is a specific ad

“ABŞ-a ölüm, İsrailə ölüm!” bu şüar altında nə gizlənir?

142

Another advertisement

Etnik Azərbaycanlı olan İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edən HƏMAS lideri İsmayıl Haniyə öldürülüb.

Bəs bu fakt yeni bir müharibənin xəbərçisidirmi?

Haniyənin qisasını almaq məqsədilə İranda Qırmızı bayraq artıq qaldırılıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei bəyanatında:

,,Bu hərəkəti ilə cinayətkar və terrorçu sionist rejim özünün ağır cəza alması üçün zəmin hazırladı və biz onun qisasını almağı özümüzə borc bilirik, çünki o İran İslam Respublikası ərazisində şəhid edilib” -deyə qeyd edib.

Bu açıqlamadan sonra Xamenei İsrailə birbaşa zərbə endirmək əmri verib.

Bununla belə, İsrail rəsmi şəkildə təsdiq etməsə də,HƏMAS liderinin ölümündən sonra facebook səhifəsində yayılan Haniyənin üzərində ,,məhv edilmişdir” yazılan şəkli, sonradan heç bir izah olunmadan silinmişdir.

Haniyənin qətli həmçinin İranda son 5 ildə nüvə alimlərinin ölümündən sonra ən böyük sui-qəsd sayılır. Bu isə öz növbəsində İranda İsrail və ABŞ xüsusi xidmət orqanlarının geniş şəbəkəyə sahib olmasından və onu daha da gücləndirməsi ehtimalından xəbər verir.
Hərbi mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə bu qətl üçün bir neçə gün planlaşdırmağa ehtiyac olub.

Məlumata görə, İsmayıl Haniyə Tehranın mərkəzində, öz qaldığı otaqda qətlə yetirilib. Bu hücumun PUA ilə bu qədər yaxında yerinə yetirilməsi isə onu göstərir ki, İsrail İran daxilində artıq operativ qüvvəyə sahibdir.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, ABŞ-ın bu qətl hadisəsi haqda nə məlumatı, nə də iştirakı olmayıb.

Onu da vurğulamalıyıq ki, paytaxt Tehran da daxil olmaqla İran daxilində təhlükəsizliyin qaydasında olmadığı halda, Zəngəzur dəhlizi ilə bağlı təcavüzkar Ermənistanı himayə edir və Azərbaycan Respublikası ilə Türkiyəyə qarşı düşmən davranışı göstərir, Ermənistanı təhrik edir ki, Zəngəzur dəhlizini açmasın, çünki bu Ermənistanın ərazi bütövlüyünü təhdid edir.

Kateqoriya: Araşdırma
Sonrakı yazı
მიგრაციის დეპარტამენტის თანამშრომლებმა უცხო ქვეყნის 35 მოქალაქე საქართველოდან გააძევეს
Öncəki yazı
Avropa İttifaqı Gürcüstana maliyyə yardımını dayandıra bilər