ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ! – YENİLİK VAR

1

2023-cü il imtahanlarına qeydiyyat zamanı artıq və ya səhvən ödənilmiş pul vəsaitlərinin geri qaytarılması ilə əlaqədar ərizələrin qəbulu bu gün, mayın 22-si saat 18:00-də başa çatacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata əsasən 2023-cü il Vahid Milli, Ümumi Magistr, Müəllim İmtahanları və Tələbə Təqaüdləri Müsabiqəsi üçün artıq ödəniş etmiş imtahançılar aşağıdakı linkdə xüsusi proqramdan istifadə edərək pullarının geri qaytarılması üçün müraciət edə bilərlər.

Ödəniş bu təqdirdə tam olaraq geri qaytarılır:

  1. 2023-cü il imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxs qeydiyyat müddəti bitmədən imtahanlarda iştirakdan imtina etdikdə;
  2. Əgər şəxs məbləği ödəyib qeydiyyatdan keçməyibsə;
    Rüsum qeydiyyat üçün müəyyən edilmiş məbləğdən artıq ödənildikdə, ödənilmiş məbləğlə rüsumun müəyyən edilmiş məbləği arasındakı fərq ödəyiciyə qaytarılır.
  3. Əgər şəxs qeydiyyat rüsumunu ödəyib, lakin qeydiyyatdan keçməyibsə, çap olunmuş ərizə formasını dolduraraq Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə (ünvan: Tbilisi şəhəri, E. Mindeli küçəsi N9), regionlarda isə – təhsil resurs mərkəzlərinə, daha sonra sistemdən (eflow) istifadə etməklə müraciətlərin elektron sənəd dövriyyəsinə göndərilməsini təmin edəcək.

Ərizəni doldurarkən haqqında məlumatınız olmayan sahələrin doldurulması (məsələn: imtahan-şəxsiyyət vəsiqəsinin kodu) məcburi deyil.

Ərizəyə aşağıdakılar əlavə edilməlidir:
1. İmtahan verənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
2. Ərizəçi başqa şəxsdirsə – nümayəndəliyi təsdiq edən sənəd (etibarnamə, valideyn olduqda isə yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsi);
3. Bank kodu, hesab nömrəsi və bank tərəfindən verilmiş bank rekvizitləri, habelə hesab sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti.

Nəzərə alın ki, ərizələrin qəbulu başa çatdıqdan sonra bir ay ərzində məbləğ sizin göstərdiyiniz hesaba köçürüləcək.

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
Alma sirkəsinin ürəyə faydası sübut olundu
Öncəki yazı
Sinan Oğan seçkidə kimi dəstəkləyəcəyini bu gün elan edəcək