Abdulla Aripov: “Gürcüstana gəldiyimiz ilk dəqiqələrdən gürcü xalqına xas olan qonaqpərvərliyi hiss etdik, mehriban qəbula görə təşəkkür edirik”

0

“Gürcüstana gəldiyimiz ilk anlardan gürcü xalqına xas olan qonaqpərvərliyi və səmimi hörməti hiss etdik, mehriban qəbula görə təşəkkür edirik” – QafqazTürk xəbər verir ki, bu barədə Özbəkistanın baş naziri Abdulla Aripov Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə təkbətək görüşdə açıqlayıb.

Özbəkistanın Baş naziri qeyd edib ki, bugünkü görüş məntiqi olaraq ölkələr arasında bir il əvvəl İrakli Ğaribaşvilinin Özbəkistana rəsmi səfəri zamanı başlayan dialoqu davam etdirir.

“Sizləri salamlayıram, cənab İrakli! Belə mehriban qəbula görə sizə və bütün gürcü dostlarımıza səmimi təşəkkürümü bildirirəm.

Gürcüstana gəldiyimiz ilk anlardan biz gürcü xalqına xas olan ənənəvi qonaqpərvərliyi və səmimi hörməti hiss etdik. Bu səfər Özbəkistanın baş naziri kimi ilk səfərimdir.

Eyni zamanda, bugünkü görüş bir il əvvəl Özbəkistana rəsmi səfəriniz zamanı başlayan dialoqumuzu məntiqi olaraq davam etdirir.

Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik etdiyiniz üçün sizə təşəkkür edirəm”-deyə Abdulla Aripov açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov bu gün Gürcüstanda rəsmi səfərə gəlib. Özbək həmkarını baş nazir İrakli Ğaribaşvili qəbul edib. Hökumət administrasiyasında rəsmi qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimindən sonra təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

0
0
Sonrakı yazı
Çində havanın temperaturunun rekord göstəricisi qeydə alınıb – DETALLAR
Öncəki yazı
İrakli Ğaribaşvili ilə Abdulla Aripov arasında geniş tərkibdə görüş keçirilib