This is a specific ad

Pasxa gecəsi metro stansiyalar pulsuz xidmət göstərəcək

51

Another advertisement

Pasxa gecəsi vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə metro səhər saat 04:00-dək pulsuz fəaliyyət göstərəcək

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün şəhər hökumətinin iclasında bildirib.

Kaxa Kaladzenin sözlərinə görə, aprelin 16 və 17-si saat 08:00-dan 20:00-a qədər Muxatqavedi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində müvəqqəti marşrut xətləri fəaliyyət göstərəcək.

“Sözügedən xətlər üzrə hərəkət edən avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək. Avtobuslar metronun “Marcanişvili”, “Didube”, “ Delisi”, “Saracişvili”, “Varketili” stansiyalarından, həmçinin stansiya meydanından Besarion Çiçinadze küçəsi və Varketili III massivindən, xüsusən də Şuamti və  Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər”, – deyə paytaxt meri bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Mövlud Çavuşoğlu: Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi və torpaqlarını işğaldan azad etdi
Öncəki yazı
Didi Diğomidə dünyasını dəyişmiş 12 yaşlı qızın ölüm işi bağlı ekspertin rəyi nə vaxt dərc olunacaq?