Təhsildə fərqlənmiş şagirdlər mükafatlandırılıb

0

Marneuli Munisipalitetində 2020-2021-ci tədris ilini 12 qızıl və 8 gümüş medalçı şagird bitirib. Baza (təməl) mərhələsini isə 34 əlaçı tələbə başa vurub. Əlaçı şagirdlər Təhsil və Elm Nazirliyi tərəfindən noutbuklarla təltif ediliblər.

QafqazTürk.com xəbər verir ki, təhsildə fərqlənmiş şagirdlərin mükafatlandırılması tədbiri Marneuli Təhsil Resurs Mərkəzinin təşkilatçılığı ilə Marneuli Meriyasında baş tutub.

Marneuli Munisipalitetinin Sakrebulosunun sədri Amiran Qiorqadze, Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Təhsil resurs mərkəzinin vəzifəsini icra edən Xanəli Qəhrəmanov və yerli özünüidarəetmənin nümayəndələri əlaçı şagirdləri nail olduqları uğur münasibətilə şəxsən təbrik ediblər və medallar, kompyuterlər və diplomlar təqdim ediblər.

Qızıl medalçılar:

Marneuli Munisipalitetinin Algeti kəndinin N1 ictimai məktəbi – Ağasif Əliyev

Marneuli Munisipalitetinin Algeti kəndinin N1 ictimai məktəbi – Samir Cəfərov

Marneuli Munisipalitetinin Algeti kəndinin N2 ictimai məktəbi – Həvva Muradova

Marneuli Munisipalitetinin Yeni Dioknisi kəndinin ictimai məktəbi – Rima Kaxadze

Marneuli Munisipalitetinin Maradisi kəndinin ictimai məktəbi – Mariam Paksadze

Marneuli Munisipalitetinin Sadaxlı kəndinin 1 saylı ictimai məktəbi – Aliya Mehtiyeva

Marneuli Munisipalitetinin Sadaxlı kəndinin 1 saylı ictimai məktəbi – Riveydə Xudiyeva

Marneuli şəhərinin N5 ictimai məktəbi – Salome Mumladze

Marneuli şəhərinin N5 ictimai məktəbi – Turiaşvili Nino

Marneuli şəhərinin N5 ictimai məktəbi – Mariam Xarşiladze

Marneuli şəhərinin N6 ictimai məktəbi – Həsənova Mariya

Marneuli şəhərinin N6 ictimai məktəbi – Giorgi Kamuşadze

Gümüş medalçılar:

MMC “Beynəlxalq Təhsil Mərkəzi Ümumi Təhsil Məktəbi Gələcək Uşaq Bağçası Gələcək” – Mariam Gelenidze

Marneuli Munisipalitetinin Algeti kəndinin 1 saylı dövlət məktəbi – Günel Carçıyeva

Marneuli Munisipalitetinin Algeti kəndinin 1 saylı ictimai məktəbi – Samir Cəfərov

Marneuli Munisipalitetinin Baydar kəndinin ictimai məktəbi – Fərqanə Qaraeva

Marneuli Munisipalitetinin Baydar kəndinin ictimai məktəbi – Lətifə Şərəfova

Marneuli Munisipalitetinin Sadaxlı kəndinin 1 saylı ictimai məktəbi – Kənan Şərifov

Marneulinin 2 saylı ictimai məktəbi – Aysel Əlioğlu

Marneulinin 5 saylı ictimai məktəbi – Mariam Tsxadiaşvili

“Əlaçı şagirdlərin medallarla təltif edilməsi alt proqramı” layihəsi Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilir və onun məqsədi şagirdlərin akademik davamiyyətini həvəsləndirmək (təşviq etmək) və əlaçı şagirdləri üzə çıxarmaqdır.

P.S Biz, qafqaztürk.com olaraq, təhsil həyatında uğur qazanmış hər bir gəncimizi təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayırıq

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
Ramazanın 17-ci günü: İmsak və iftar vaxtı
Öncəki yazı
İlham Əliyevin adından Gürcüstanın Baş nazirinin şərəfinə nahar verilib