This is a specific ad

Marneulidə uşaq bağçalarına qeydiyyat 1 iyun tarixində başlayacaq

12

Another advertisement

2023-2024-cü dərs ilində Marneuli bələdiyyəsinin uşaq bağçalarına uşaqların qeydiyyatı iyunun 1-dən başlayacaq.

Marneuli uşaq bağçaları birliyində qeyd edildiyini görə , qeydiyyat iki mərhələdə aparılacaq, birinci mərhələ iyunun 1-dən iyunun 30-dək, ikinci mərhələ isə avqustun 21-dən sentyabrın 1-dək davam edəcək.

“2023-2024-cü tədris ili üçün qeydiyyatın son tarixləri dəqiqləşdirilib.Təqdim olunacaq sənədlərə gəlincə bunlar, 2 ədəd 3/4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış , yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti, valideynlərdən birinin şəxsiyyət vəsiqəsinin sürəti, uşağın qeydiyyata alındığı təhsil müəssisəsinə təqdim edilməlidir”.-deyə Marneuli bələdiyyəsi Uşaq bağçaları Birliyinin hüquqşünası Edişer kutalia bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
İrakli Ğaribaşvili Qətərin illik iqtisadi forumunda iştirak edəcək
Öncəki yazı
İrakli Ğaribaşvili Qətərin illik iqtisadi forumunda iştirak edəcək – ƏTRAFLI