İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Arda Güleri heyətinə qatdığını bəyan edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytında məlumat yayıb.
“Kral klubu” iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bildirib.
“Real Madrid” klubunun sosial şəbəkə hesabında Arda Gülerin kluba transferi şərəfinə “Xoş gəldin Arda” yazısı paylaşılıb.
