This is a specific ad

Gürcüstan səfiri Ukraynanı tərk edib

15

Another advertisement

Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili Ukrayna ərazisini tərk edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd edək ki, rəsmi Kiyev Gürcüstanın keçmiş Prezidenti, Ukrayna vətəndaşı, hazırda həbsdə olan Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar rəsmi Tbilisiyə müraciət etmişdi. Onun Ukraynada müalicə olunması istənilmişdi. Gürcüstan hökuməti isə M.Saakaşvilinin həbs müddətinin ölkə ərazisində başa vuracağı cavabını vermişdi.

Xatırladaq ki, Ukrayna Gürcüstanın “Georgian Airways” hava yolları şirkətinə də sanksiya tətbiq edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ərdoğan Makrona tarix dərsi keçdi – “Külək əkənlər fırtına biçər”
Öncəki yazı
Gürcüstanda kişilər üçün pensiya yaşının azaldılması təklif edilib