This is a specific ad

Prezident İlham Əliyev: Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir

54

Another advertisement

“Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bildirib.

Ərazilərimizin işğaldan azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu söyləyən dövlət başçısı vurğulayıb:

“Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir”.

Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ kəşfiyyatı ən çox spirtli içki qəbul edən ölkələrin reytinqini hazırlayıb – ƏTRAFLI
Öncəki yazı
İlham Əliyev: İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq