This is a specific ad

Gürcüstan vətəndaşı qanunsuz olaraq həbs edilib

69

Another advertisement

Disev kəndi yaxınlığında işğalçılar Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

QafqazTürk.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə, işğal altında olan Disevi kəndi yaxınlığında Gürcüstan vətəndaşı L.X qanunsuz olaraq həbs ediblər.


“Dövlət Təhlükəsizlik Xidməti insidentlə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan qaynar xətti aktivləşdirib. Beynəlxalq tərəfdaşlar və Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıb.


Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. “Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – bəyanatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İlham Əliyev: İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq
Öncəki yazı
BÜRCLƏR – 05.07.2023