Qoç-Bu dövr sizin orta yaş böhranınızın bir parçasıdır. İdeallarınız və onlara necə çatacağınız mövzusunda narahat olursunuz. Bu zamanı həyatınızın necə olub da indiki kimi bir vəziyyətə gəldiyini araşdırmaq üçün istifadə edin. Dəyişikliklər etmək üçün yaxşı bir zaman deyil. Uzun vədəli qərarlarınızı daha sonraya buraxın.
Buğa-İçdən gələn ani itələyici hisslərin fərqində olun. İndiki qarışıqlıqlar həyatınızdakı həll edilməmiş gərginliklərdən qaynaqlanmaqdadır. Bu gərginliklər şüuraltınızdan, varlığınızın təməlindən ortaya çıxmaqdadır. Başverecek hadisələr köklərinizi sarsıda bilər. Problemləri önləməyin, lakin dağıdıcılıqdan qaçının. Lazım olsa müalicə istəyin.
Əkizlər- Artıq həyatınızın istiqamətini sorğulamaqdsınız. Başınız qarışmış olduğuna görə, başqalarıyla birbaşa qarşıdurmalardan qaçına bilərsiniz. Bu davranış, təhlükəlidir. Dürüst olun və işlər çətinə düşmədən onları təxirə salın. Köməksevər olmağı təcrübə edin. O zaman xoşbəxtlik tapa bilərsiniz.
Xərçəng-Yoldaşlarınızı və qonşularınızı dərin bir anlayışla qarşılayaraq ruhi istiqamətinizi inkişaf etdirin. Hər kəsin içindəki ruhu görməyə çalışın. Həyatınıza daha çox məna vermək üçün bir Guru lazım deyil. Özünüzü dərindən araşdırmaq üçün bu zamandan yaxşı istifadə edin.
Şir-Mənəvi hədəflərə çatmağı artıq daha asan hesab edə bilərsiniz. Siz gözəgəlimlisiniz və insanların istəyərək sizinlə əməkdaşlıq etdiyini görəcəksiniz. Dünyəvi işlərlə daha az əlaqədarsınız və bunun üçün xoşbəxtlik duyursunuz. Bu davranış bir müddət üçün maddi olmayan amma əhəmiyyətli faydalar verəcək.
Qız-Başqalarına necə ən yaxşı şəkildə kömək edəcəyinizi öyrənin. Xüsusilə sevdiyiniz kəsləri daha çox anlayışla qarşılayır və ümumiyyətlə də digər insanlara çox anlayış göstərirsiniz. Xəyallarınız çiçəklənir. Xülyalar yeni həllər təqdim edir. Digərlərinə sizin üçün nə qədər əhəmiyyətli olduqlarını hiss etdirin.
Tərəzi-Xəyallarınız kimi başqalarının dünyagörüşlərini anlama qabiliyyətiniz də artır. Sizin anlayışınız ədəbidən daha çox vizualdır. Siz şeyləri məntiqi olaraq anlamaq yerinə onları daha çox hiss edirsiniz. Yaradıcılığınızı inkişaf etdirmək üçün bu müddətdən yaxşı istifadə edin.
Əqrəb-Simpatik bir davranış yeni yoldaşlar və əməkdaşlıq qazandıra bilər. Ancaq, insanların kaprizlərinə qarşı həssas olmamağa diqqət göstərin. Artıq əlaqələrdə ehtiras artarkən bundan zövq alın, amma hər cür ortaqlarla və sevgilinizlə münasibətdə realist olun.
Oxatan-Əgər siz realistsinizsə hədəflərinizə çatmaq üçün çox şey edə bilərsiniz. Yüksək bir məqsəd üçün öz eqonuzu yıxmalısınız. Konkret, maddi nəticələlər gözləməyin. Əgər siz fədakarsınızsa nəticədə, daha da xoşbəxt olacaqsınız.
Dolça-İdeallarınızı həqiqi və möhkəm bir təmələ oturtmağa çalışın. Hər kəsin faydasına olacaq hədəflərə doğru irəliləyin. Yaxşı niyyətlərinizi həqiqi təməllərə oturdun. Insanlara kömək etmək üçün praktik bir yol meydana gətirin. Öz mənfəətlərinizi düşünmədən, başqalarına kömək etmənizin faydaları dəfələrcə artaraq sizə geri dönəcəkdir.
Balıq-Dünyanı daha açıq bir şəkildə anlayaraq kainatdakı yerinizi təyin edin. Əgər digərlərinə qarşı simpatik sinizsə, onlara köməkçi olmaq üçün və nəticədə özünüzə köməkçi olmaq üçün qabiliyyətiniz artar. Ümumi mənada insanlara daha çox bağlı olduğunuzu hiss edirsinizsə, özünüz olmaq üçün azadsınız.