Another advertisement
2023-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,7%, illik inflyasiyanın səviyyəsi isə 0,6% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Baza inflyasiyaya gəldikdə isə 2023-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,1% təşkil edib.
Ötən ay ən çox bahalaşan 10 ərzaq məhsulunun siyahısını təqdim edirik:
- Xiyar – 50%
- Soğan – 27,5%
- Tomat pastası – 27,6%
- Qarğıdalı unu – 25,5%
- Turşu xiyar -15,3%
- Mal əti – 17,7%
- Yeni Tevr – 16,7%
- Tort – 16,1%
- Xardal – 16%
- Zavod südü – 13,3%