Another advertisement
QafqazTürk.com xəbər verir ki,Polşa hakimiyyəti Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir. “Vaqner” qrupuna görə sərhədə əlavə 500 polis göndəriləcək. Nazir onu da qeyd edib ki, əlavə qüvvələrə 5000 sərhədçi və 2000 hərbçi cəlb olunacaq.
“Belarusla sərhəddə yaranmış gərgin vəziyyətə görə mən qüvvələri iğtişaş və terrorla mübarizə bölmələrindən 500 nəfərlik polis qüvvəsi ilə gücləndirmək qərarına gəldim”, – Polşanın daxili işlər naziri Mariuş Kaminski “Twitter “hesabında yazıb.
Xatırladırıq ki, Rusiyada baş verən hərbi çevrilişdən sonra “Vaqner” qrupunun lideri Aleksandr Lukaşenkonun təşəbbüsü ilə hərbi birləşmənin üzvləri Belarusdadır.