Another advertisement
Onuncu çağırış Parlamentin üçüncü yaz sessiyası Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə bağlandı.
Gürcüstan Konstitusiyası və parlamentin reqlamentinə uyğun olaraq, ildə iki dəfə yaz və payız sessiyaları keçirilir.
Yaz sessiyası fevralın ilk çərşənbə axşamı açılır və iyunun sonuncu cümə günü bağlanır.
Bununla yanaşı parlamentin sədri Şalva Papuaşvili Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin ikinci bəndinə uyğun olaraq, iyulun 3-də saat 11:00-dan növbədənkənar sessiyanın çağırılması üçün Gürcüstan prezidentinə müraciət etdi.