Another advertisement
Ukrayna “Georgian Airways”ə qarşı sanksiyalar tətbiq edib. Prezident Zelenski fərmanı imzalayıb, nəticədə Rusiyanın 291 şirkəti, 190 fiziki şəxs və Gürcüstanın “Georgia Airways” aviaşirkəti sanksiya siyahısına daxil edilib.
QafqazTürk.com xəbər verir ki,məhdudiyyətlər növbəti 10 il ərzində tətbiq olunacaq. Ukraynanın yeni sanksiyaları daha çox aviasiya və texnoloji sahələrdə fəaliyyət göstərən şirkətləri əhatə edir.
Gürcüstan Hava Yolları Rusiyaya birbaşa uçuşlar həyata keçirir. Gürcüstan aviaşirkəti bu il mayın 20-də Tbilisidən Moskvaya ilk uçuşunu həyata keçirib.