Another advertisement
Atlantik okeanının dibindən “Titan” batiskafının parçalanmış hissələri ilə yanaşı, qəzada həlak olanlara məxsus olduğu ehtimal edilən meyit qalıqları da çıxarılıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilir ki, artıq okeanda işlər yekunlaşıb. Meyit qalıqları identifikasiya aparılması üçün Kanadanın Sent-Cons şəhərinin limanına çatdırılıb.
Xatırladaq ki, “Titan” iyunun 18-də batmış “Titanik”ə ekspedisiyaya çıxıb və sonradan onunla əlaqə kəsilib. İyunun 22-də orada olan beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.