This is a specific ad

Gürcüstanda ölümə ən çox səbəb olan xəstəliklər

92

Another advertisement

2022-ci ildə Gürcüstanda 49 min 118 nəfər ölüb ki, bu da 2021-ci ilin göstəricisindən 10 min 788 ədəd (18%) azdır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri və xərçəng üstünlük təşkil edir və ölənlərin müvafiq olaraq 35,9%-ini və 9,2%-ini təşkil edir.

“Müxtəlif yaş qrupları üçün ölənlərin sayının ölüm səbəblərinin əsas siniflərinə görə faiz bölgüsü fərqlidir.

5 yaşa qədər ölən uşaqlarda perinatal dövrdə yaranan pozğunluqlar üstünlük təşkil edir. 5-39 yaşlarında xəsarətlər, zəhərlənmələr və xarici səbəblərdən müxtəlif fəsadlar üstünlük təşkil edir, çünki qeyd olunan yaş qrupu üzrə bədbəxt hadisələrin baş vermə ehtimalı nisbətən yüksəkdir. 2022-ci ildə 40 və yuxarı yaşda olan əhali arasında ölüm səbəbləri arasında isə xəstəliklər üstünlük təşkil edir”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
UĞUR MEBEL – HƏMİŞƏ XİDMƏTİNİZDƏ
Öncəki yazı
Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüş günüdür