This is a specific ad

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlanıb – ƏTRAFLI

56

Another advertisement

ABŞ-nin Detroyt (Miçiqan ştatı) və Çikaqo (İllinoys ştatı) şəhərləri havanın çirklənməsi üzrə dünya reytinqində ilk iki yeri tutub.

QafqazTürk xəbər verir ki, bunu havanın keyfiyyətinə dair antireytinqi dərc edən “IQAir” portalının məlumatları təsdiqləyir.

Detroytda havanın çirklənməsi 207 bal, Çikaqoda isə 178 bal səviyyəsində qiymətləndirilir.

Mütəxəssislər düşünür ki, Kanadada meşə yanğınlarının səbəb olduğu duman ABŞ-də iri şəhərlərdə havanın keyfiyyətinə təsir edib.

Üçüncü yerdə Kanadanın Toronto şəhəri gəlir. Dördüncü və beşinci yerləri Çinin paytaxtı Pekin (111 bal) və Qətərin paytaxtı Doha (102 bal) tutur.

Report

Sonrakı yazı
Ancei Duda: “Vaqner”in Belarusa keçməsi Polşa üçün çox mənfi siqnaldır
Öncəki yazı
İnsan hüquqlar nədir ? – VƏTƏNDAŞ TƏHSİLİ