This is a specific ad

Türkiyə və BƏƏ enerji və hərbi sahədə əməkdaşlığı gücləndirir

45

Another advertisement

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Dubaya səfəri zamanı Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji, nəqliyyat və hərbi-sənaye kompleksi sahələrində əməkdaşlıq sazişləri paketinin imzalanması planlaşdırılır.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Səfərin Qurban bayramından sonra baş tutacağı gözlənilir. Nəşr qeyd edib ki, səfərin hazırlığı ötən həftə BƏƏ-də vitse-prezident Cövdət Yılmaz və maliyyə naziri Mehmet Şimşək də daxil olmaqla Türkiyə nümayəndə heyəti tərəfindən müzakirə edilib.

Danışıqlar nəticəsində Türkiyəyə 30-40 milyard dollar həcmində investisiyaların əsası qoyulub, Ərdoğanın səfəri zamanı bu planların həyata keçirilməsi üçün konkret addımlar atılacaq. Sazişlər paketi bərpa olunan enerji, nəqliyyat, fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş Türkiyənin cənub-şərqi rayonlarının bərpası üzrə işlərin maliyyələşdirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Ayrı bir bənd hərbi-sənaye sahəsində əməkdaşlıq layihəsidir: söhbət təkcə Bayraktar pilotsuz uçuş aparatlarının BƏƏ-yə satışından deyil, həm də onların qismən birgə istehsalı nəzərdən keçiriləcək. Vurğulanıb ki, BƏƏ-nin Türkiyəyə investisiyası birbaşa və uzunmüddətli olacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Vaqner”çilərin cinayət işinə xitam verildi
Öncəki yazı
İDDİA: AKP payızda Türkiyənin yeni konstitusiyası üzərində işə başlayacaq