This is a specific ad

“Orqan transplantasiyası haqqında” qanunlayihəsi müzakirəyə çıxarılıb

45

Another advertisement

Səhiyyə və Sosial Məsələlər Komitəsində “İnsan orqanlarının transplantasiyası haqqında” və “İnsan toxuma və hüceyrələrindən istifadə haqqında” qanunlayihələri paketi müzakirəyə çıxarılıb.

QafqazTürk.com xəbər verir ki, qanunlayihə Avropa direktivlərinə uyğun olaraq hazırlanıb.

“Qanunun hazırlanması öhdəliyi Gürcüstan-Aİ assosiativ sazişi çərçivəsində müəyyən edilib. Avropa İttifaqının və yerli ekspertlərin iştirakı ilə iki ilə yaxındır ki, bunun üzərində iş aparılır”, – deyə Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, qanunlayihəsi qəbul olunarsa, 2000-ci ildə qəbul edilmiş “İnsan orqanlarının transplantasiyası haqqında” qüvvədə olan qanunu əvəz edəcək.

Qanunlayihəsinin qəbulu nəticəsində insan orqan və ya orqanlarının transplantasiyasının əsas prinsipləri Avropa standartlarına uyğun olaraq, canlı donordan orqan donorluğu və vəfat etmiş şəxsdən orqan donorluğu ilə əlaqədar hüquqi münasibətlər donorun hüquqları ilə tənzimlənəcək və alıcı müəyyən ediləcək.

Nazirin birinci müavininin sözlərinə görə, təxmini rəqəm göstərir ki, Gürcüstanda transplantasiyaya ehtiyac əməliyyatların sayından təxminən on dəfə çoxdur və məhz bu səbəbdən də bu təcrübənin təkmilləşdirilməsi vacibdir.

Qanun layihəsində göstərilir ki, transplantasiya haqqında qərar könüllü olmalıdır və transplantasiya və orqanların köçürülməsi ilə əlaqədar qərar qəbul edilərkən istənilən kommersiya əməliyyatı qəti şəkildə istisna edilir. Bu sahə həm inzibati, həm də cinayət hüququ ilə tənzimlənir. Nazirlik sistemində transplantasiya şöbəsinin və müvafiq olaraq mərkəzi idarəetmə bazasının yaradılması nəzərdə tutulur.

“Bu qanunlayihəsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bütün qaydalar Avropa İttifaqının, Avropa Şurasının tövsiyəsi əsasında yazılıb ki, bizim qanunvericiliyimiz Avropa İttifaqının tövsiyə və qanunvericiliyinə tam uyğunlaşdırılsın”, – Səhiyyə və Sosial Müdafiə Komitəsinin sədri Zaza Lominadze bildirib.

Komitə, parlamentin plenar iclasında qanunvericilik paketinin birinci oxunuşda müzakirəyə çıxarılmasını dəstəkləyib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Öncəki yazı
Səhiyyə və Sosial Məsələlər Komitəsində iki qanunvericilik paketi təsdiqlənib