This is a specific ad

Marneulinin Gender Şurasında dəyişiklik edilib

52

Another advertisement

Marneulinin Gender Bərabərliyi Şurasının yeni üzvləri var. Gender Bərabərliyi Şurasının katibi İa Esebua qeyd edib ki, Şura meriyanın struktur vahidi rəhbərlərini, Bələdiyyə Məclisinin Gender Şöbəsinin nümayəndələrini, majoritar-deputatları, QHT nümayəndələrini özündə birləşdirir.

“Meriyanın struktur vahidliklərində rəhbər olan şəxslər Şuraya üzv olmaq istəyirdilər. Biz bunu mühüm hesab etdik, ona görə ki, Şuramıza nə qədər çox sayda rəhbər, qərar qəbul edən şəxslər qoşularsa bir o qədər güclü olarıq. Şurada 28 nəfər üzv var. İndiki mərhələdə QHT-dən bir nəfər var və kimsə istəyini bildirərsə əlavə edəcəyik”- Gender Şurasının katibi İş Esebua bildirib.

Marneulidə Gender Bərabərliyi Şurası 2018-ci ildə yaradılıb və onun məqsədi Marneuli bələdiyyəsində əhalinin ehtiyaclarını gender nöqteyi-nəzərindən öyrənmək və həll etməkdir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
მარნეულის გენდერული თანასწორობის საბჭოს ახალი წევრები ჰყავს
Öncəki yazı
Marneulidə peşə təhsil proqramlarına qeydiyyat aktiv şəkildə davam edir