“Georgian Airways” Moskva və Tbilisi arasında birbaşa reyslərin qiymətini iki dəfə artırıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Aviaşirkətin məlumatına görə, biletlər bir ay əvvəllə müqayisədə iki dəfə bahalaşıb. İyulun 28-dən etibarən Moskva-Tbilisi reysi üzrə birtərəfli biletin qiyməti təxminən 1000 dollar olacaq.
Bundan əlavə, ekonom-klass biletləri iyunun 30-dan təxminən 500 dollara başa gələcək ki, bu da Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpa olunduğu müddətdən iki dəfə bahadır.
Rusiyanın “Azimut” aviaşirkəti mayın 19-dan Moskva-Tbilisi reysini yerinə yetirir, “Georgian Airways” isə dörd ildən sonra Moskvaya ilk uçuşunu mayın 20-də həyata keçirib.
Xatırladaq ki, mayın 10-da Vladimir Putin Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi hava embarqosunun ləğvi haqqında fərman verib.