Another advertisement
Kaxetiyada baş verən yol qəzası nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Qəza Telavi-Kvareli birləşdirən yolda baş verib. Avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və yoldan çıxıb.
QafqazTürk.com xəbər verir ki,sürücü və 4 sərnişin hazırda müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardım briqadaları tərəfindən tibb müəssisəsinə aparılıb.
Hadisə yerinə polis səfərbər edilib, araşdırma aparılır.