This is a specific ad

Ukraynanın bərpası üçün 60 milyard avro ayrılacaq

51

Another advertisement

Londonda başa çatan Ukraynanın bərpasına dair beynəlxalq konfransın iştirakçıları yaxın illərdə Kiyevə 60 milyard avro ayırmağa söz veriblər.
QafqazTürk.com xəbər verir ki,bu barədə tədbirin yekun plenar iclasında Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.
“Biz bunun donor konfransı olacağını gözləmirdik, lakin bu gün bu tədbirdə elan olundu ki, Ukraynaya dəstək olmaq üçün ümumilikdə 60 milyard avro ayrılacaq. Xüsusilə, Aİ-nin açıqlamasını qeyd etmək istəyirəm. Aİ büdcəsindən növbəti üç il ərzində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması, eləcə də eyni müddət ərzində Dünya Bankının zəmanətləri şəklində 3 milyard dollar ayrılması Ukraynaya makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verəcək”, – Kleverli bildirib.
O, əlavə edib ki, biznes də Ukraynaya kömək etməyə hazırdır. XİN rəhbərinin sözlərinə görə, artıq dünyanın 42 ölkəsindən 500-dən çox şirkət, o cümlədən “Google”, “Siemens”, “Uber” və başqaları Ukraynanı dəstəkləmək öhdəliyi götürüb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Mərkəzi Bankı son 27 ayın ən kritik faiz qərarını açıqladı
Öncəki yazı
İtkin düşən sualtı aparatın ekipajı ölmüş hesab olundu