Atlantik okeanında yoxa çıxan “Titan” aparatının göyərtəsində olan 5 nəfər çox güman ki, ölüb.
QafqazTürk.com xəbər verirki,bu barədə “OceanGate Expeditions” şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.
“Biz hazırda icraçı direktorumuz Stokton Raş, Pol-Anri Narjole, Hamiş Hardin, Şahzadə Davud və oğlu Süleymanın kədərli şəkildə dünyasını dəyişdiyini düşünürük”, – məlumatda deyilir.
Bildirilir ki, bu insanlar macəra həvəsini, dünya okeanlarını araşdırmaq və qorumaq istəyini bölüşən əsl kəşfiyyatçılar idilər.
Atlantik okeanında itmiş sualtı aparatın axtarışları zonasında naməlum qalıqlar aşkar edilib.
Bu barədə ABŞ sahil mühafizəsi məlumat verib.
Məlumata görə, qalıqlar “Titanik” yaxınlığında pilotsuz sualtı aparatın köməyi ilə tapılıb.
Bildirilib ki, hazırda ekspertlər məlumatları dəqiqləşdirirlər.
Mütəxəssislər hesab edirlər ki, “Titan” tapılsa belə, artıq onun sərnişinlərinin sağ qalmaq şansları yoxdur.
-