This is a specific ad

Gürcüstan və Türkiyə arasında əməkdaşlıq müqaviləsi imzalanıb

46

Another advertisement

Gürcüstan Milli Təhlükəsizlik Şurasının Aparat rəhbəri Qivi Tumanişvili və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfulla Hacımüftüoğlu təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

“Memorandumun məqsədi iki ölkə arasında təhlükəsizlik sahəsində dostluq münasibətlərinin və əməkdaşlığın dərinləşdirilməsidir. Memorandum milli və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin aparılması və müxtəlif səviyyələrdə fikir mübadiləsinin aparılmasını nəzərdə tutur”, – məlumatda deyilir.

Sənəddə həmçinin birgə seminarların, ekspert görüşlərinin keçirilməsi, təcrübə mübadiləsinin aparılması da öz əksini tapıb.

Qeyd edək ki, Hacımüftüoğlu çərşənbə günü başlayan kibertəhlükəsizlik forumunda iştirak etmək üçün Tbilisiyə işgüzar səfərə gəlib. Türkiyə Təhlükəsizlik Şurasının baş katibi Gürcüstanın paytaxtında baş nazir İrakli Ğaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze, Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri və xarici işlər naziri İlya Darçiaşvili ilə də görüşüb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tsxinvalidə yerləşən bank Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə daxil edilib
Öncəki yazı
Tbilisidə din xadimi narkocinayətə görə saxlanılıb