Another advertisement
Titanikin batdığı yerin yaxınlığında Atlantik okeanının sularında itən sualtı “Titan”ın axtarışı zonasında naməlum dağıntılar aşkar edilib.
Qafqaztürk xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Twitter-də bildirib.
“Qırıntıların olduğu ərazi “Titanik”in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər birgə komandanlıq ilə birlikdə bu məlumatı öyrənirlər”, – məlumatda deyilir.