Another advertisement
Ukraynaya texnika əlavə olaraq verilə bilər, lakin səfərbərlik ehtiyatı məhdudiyyətsiz deyil.
QafqazTürk “APA”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində bildirib.
“Qərb Kiyevi daha çox texnika ilə təmin edə bilər, səfərbərlik ehtiyatı isə məhduddur. Bu da Qərbin Rusiya Federasiyasına qarşı son ukraynalıya qədər döyüşmək niyyətindən xəbər verir” , deyə Putin vurğulayıb.
Rusiya Prezidenti həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatı tükənməyib, rusiyalı komandirlər döyüş işləri apararkən bu reallıqlardan çıxış etməlidirlər.