This is a specific ad

Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketini razılaşdırıb

45

Another advertisement

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri çərşənbə günü Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qəbulu barədə razılığa gəliblər.

QafqazTürk.com xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasına sədrliyi “Twitter” hesabında məlumat yayıb.

Məlumata görə, paketə sanksiyalardan yayınma hallarına qarşı yönəlmiş tədbirlər daxildir.

Polşanın Aİ-dəki səfiri Anjey Sadoş məlumat verib ki, 11-ci paketə 70 fiziki, 30 hüquqi şəxsə qarşı məhdudiyyətlər, həmçinin “Drujba” kəmərinin cənub qolundan neft nəqli və Rusiya qoşqulu avtomobillərinin Aİ ölkələrinə girişinə qadağa daxildir.

Avropa Komissiyası qeyd edib ki, 11-ci paketin bir hissəsi kimi təklif edilən qadağanedici tədbirlər ildə 11,4 milyard avro həcmində ticarətin qarşısını almalıdır.

Xatırladaq ki, 10-cu sanksiyalar paketi fevralın 25-də qəbul edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Baş nazir: Gürcü Arzusu “xarici agentlər” qanununa qayıtmağı planlaşdırmır
Öncəki yazı
Hakan Fidan Antoni Blinkenlə görüşüb