Another advertisement
Ukraynanın bərpası üzrə konfransa qatılmaq üçün Londona səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə ilk təkbətək görüşünü keçirib.
QafqazTürk.com xəbər verir ki, görüşdə Türkiyəyə F-16 qırıcılarının tədarükü, İsveçin NATO-ya üzvlük prosesi və regional məsələlər gündəmə gəlib.
Həmçinin, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı son vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə mövzusu olub.
Xatırladaq ki, Hakan Fidan və Antoni Blinken sonuncu dəfə iyunun 8-də telefonla danışıblar. Blinken Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib.