This is a specific ad

Azərbaycanlı deputat quru sərhədlərin açılmasından danışdı

100

Another advertisement

Məlum olduğu kimi, aprelin 19-da Azərbaycanın Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 iyul 2023-cü il, saat 06:00-dək uzadılıb.

QafqazTürk.com xəbər verir ki, hazırda Azərbaycanda koronavirusla əlaqədar vəziyyət sabitdir, hətta gündəlik 1-2 nəfərdə yoluxma aşkarlandığını nəzərə alsaq pandemiyanın bitdiyini də demək olar. 

İyulun 1-nə isə sayılı günlər qalır. İndi Azərbaycanda çoxları Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar bağlanmış quru sərhədlərin yenidən açılacağı barədə qərarını gözləyir çünki hələ ötən ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib və üstəlik Azərbaycanda koronavirus yox dərəcəsindədir. 

Mövzu ilə əlaqədar Azərbaycan mediasına danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, pandemiyadan sonra Azərbaycan vətəndaşlarının ən aktual olaraq gündəmdə saxladığı məsələlərdən biri qonşu ölkələrlə quru sərhədlərin açılması məsələsidir.

Onun sözlərinə görə, buna ehtiyac var.

“Çünki sərhədlərin açılması təkcə turizm mübadiləsi deyil, həm iqtisadiyyat, həm mədəni mübadilə, həm təhsil turizmidir, həm sağlamlıq turizmidir, həm nəqliyyat kommunikasiyalarının yenidən öz ənənəvi iş rejiminə qayıtmasıdır, həm də nəqliyyat daşıyıcısı vasitələrin, şirkətlərin gəlir mənbəyi deməkdir. Ona görə də mən düşünürəm ki, artıq vaxtı çatıb ki, sərhədlər açılsın. Bu, bir ictimai sifarişə çevrilib amma bununla əlaqədar şübhəsiz ki, Operativ Qərargahda da məlumatlar əldə edilərək analiz edilir. Ən doğru qərarı şübhəsiz ki, Operativ Qərargah verəcəkdir amma bütün hallarda belə bir zərurət var və mən düşünürəm ki, quru sərhədlər açılsa çox yaxşı olar”, – deyə azərbaycanlı deputat bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
İranda hicaba riayət edilməməsi bəhanəsi ilə məşhur kinoteatr bağlandı
Öncəki yazı
მარნეულის თვითმმართველობის მიერ ინიცირებული ახალგაზრდული იდეების კონკურსი