Another advertisement
Hücumçu Kriştianu Ronaldu Portuqaliya millisində 200-cü matçına çıxıb və tarixdə bu göstəriciyə çatan ilk oyunçu olub.
O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında start heyətdə yer alıb.
QafqazTürk.com xəbər verir ki,bu göstərici üzrə keçmiş rekordçu milli komandasının tərkibində 196 dəfə meydana daxil olan küveytli Bader əl-Mutava olub.
Qeyd edək ki, Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, Klublararası Dünya Çempionatları və “Real Madrid” tarixində ən çox qol vuran futbolçudur.