This is a specific ad

Peskov: “Əminik ki, Çin-ABŞ münasibətləri Rusiya qarşı yönəlməyəcək”

54

Another advertisement

Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın səviyyəsi əmin olmağa imkan verir ki, Çinin digər ölkələrlə münasibətlərinin qurulması Rusiya Federasiyasına qarşı yönəlməyəcək.

QafqazTürl APA-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“Əlbəttə, Çin digər ölkələrlə münasibətlər qurmaq üçün öz suveren hüquqlarından istifadə edir. Üstəlik, Çin və ABŞ arasında proqnozlaşdırıla bilən münasibətlərin qurulmasının əhəmiyyətini gözdən salmağa dəyməz. Lakin Çinlə tərəfdaşlıq, strateji tərəfdaşlıq səviyyəsi bizə əmin olmağa imkan verir ki, başqa ölkələrlə belə münasibətlər qurmaq heç vaxt ölkəmizə qarşı yönəlməyəcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə iki günlük səfər edib. Səfər çərçivəsində o, Çinin dövlət rəsmiləri, o cümlədən Çin prezidenti Si Cinpin, xarici işlər naziri Qin Qanq və Xarici İşlər Komissiyasının katibliyinin rəhbəri Vanq Yi ilə danışıqlar aparıb.

Sonrakı yazı
დატბორვის შემდეგ სახლებში ვეღარ ვიცხოვრებთ- დაზარალებული მოსახლეობა დახმარებას ითხოვს
Öncəki yazı
ABŞ dövlət katibi: ABŞ Tayvanla bağlı “vahid Çin” siyasətinə sadiqdir