This is a specific ad

ABŞ dövlət katibi: ABŞ Tayvanla bağlı “vahid Çin” siyasətinə sadiqdir

103

Another advertisement

ABŞ dövlət katibi Entoni Blinken Tayvan ətrafında Çinin təxribat xarakterli hərəkətləri barədə Pekində yüksək səviyyəli görüşlərdə narahatlığını ifadə edib.

QafqazTürk APA- istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

“Mən görüşlərimdə Çinin Tayvan ətrafında və Şərqi Çin dənizində təxribatçı hərəkətləri barədə ABŞ-ın və artmaqda olan digər ölkələrin narahatlığı barədə məsələni qaldırdım. Tayvanla bağlı ABŞ-ın “vahid Çin” siyasətinə sadiqliyini bir daha vurğuladım və bildirdim ki, bu siyasət dəyişməyib. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Biz istənilən tərəfdən status-kvonun dəyişdirilməsi ilə bağlı birtərəfli hərəkətləri dəstəkləmirik. Biz fikir ayrılıqlarına sülh yolu ilə həllin tapılmasını gözləyirik. ABŞ eyni zamanda Tayvanla Əlaqələr Aktına sadiqdir və həmçinin Tayvanın özünümüdafiə qabiliyyətinə malik olmasına əmin olmaq istəyirik”. – Blinken qeyd edib.

Sonrakı yazı
Peskov: “Əminik ki, Çin-ABŞ münasibətləri Rusiya qarşı yönəlməyəcək”
Öncəki yazı
Gürcü şərabının yarıdan çoxu hansı ölkəyə ixrac edilir ?