This is a specific ad

İrakli Ğaribaşvili NDİ-ın prezidenti Derek Mitçellə görüşüb – ƏTRAFLI

77

Another advertisement

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Milli Demokratiya İnstitutunun” (NDİ) prezidenti Derek Mitçellə görüşüb.

QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.

Görüşdə NDİ-ın Gürcüstanda demokratik təsisatların, vətəndaş cəmiyyətinin gücləndirilməsi və yaxşı idarəçiliyin dəstəklənməsində uzunmüddətli və aktiv iştirakının vacibliyinə toxunulub.

“Görüş zamanı Gürcüstan hökuməti və NDİ arasında uğurlu əməkdaşlığın dinamikasının davam edəcəyinə və gələcəkdə bir sıra mühüm birgə layihələrin həyata keçiriləcəyinə dair hazırlıq ifadə olunub, həmçinin Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığa və ABŞ tərəfindən 30 il ərzində göstərilmiş qəti dəstəyin əhəmiyyətinə diqqət yetirilib.

Tərəflər 12 prioritetin uğurla həyata keçirilməsi prosesindən danışıblar. Hökumət başçısı Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyərək, ölkənin namizəd statusunu gözlədiyi bildirilib.” – məlumatda deyilir.

Qeyd edək ki, Hökumət Administrasiyasında keçirilən görüşdə hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze və NDİ-ın Gürcüstan nümayəndəliyinin direktoru Alan Qilami iştirak ediblər.

Sonrakı yazı
Marneulidə yağan güclü yağış sakinlərə ziyan vurub
Öncəki yazı
Göz yaşı qadınların çox yaşamasına səbəb olur