This is a specific ad

Gürcü şərabının yarıdan çoxu hansı ölkəyə ixrac edilir ?

55

Another advertisement

2023-cü ilin yanvar-may aylarında Gürcüstandan Rusiyaya şərab ixracı 50% artıb.Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə,5 ayda Rusiyaya 69,1 milyon dollar dəyərində şərab ixrac edilib və təbii üzüm şərabları hələ də Rusiya ilə ticarətdə ən böyük ixrac kateqoriyalarından biridir.

QafqazTürk.com rus nəşrinə əsasən xəbər verir ki,Gürcüstan yanvar-may aylarında Rusiyaya şərab tədarükünə görə İtaliyanı geridə qoyub və birinci yerdədir.

Gürcü şərabının yarıdan çoxu (67%) Rusiya bazarına gedir.Statistikaya əsasən, bu ilin ilk 5 ayı üzrə məlumatına görə, şərab ümumi ixracda 4,1% payla Gürcüstan üçün üçüncü ən böyük ixrac məhsuludur. Yanvar-may aylarında Gürcüstandan şərab ixracı 29,7% artaraq 103,5 milyon dollar təşkil edib.

Yanvar-may aylarında Gürcüstan şərabının 5 əsas ixrac bazarı belə görünür:

Rusiya 69,1 milyon dollar

Polşa 5,4 milyon dollar

Çin 5,1 milyon dollar

Ukrayna 5 milyon dollar

Qazaxıstan 4 milyon dollar

Qeyd edək ki, Rusiya Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır.5 ayda Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
ABŞ dövlət katibi: ABŞ Tayvanla bağlı “vahid Çin” siyasətinə sadiqdir
Öncəki yazı
შინაგან საქმეთა სამინისტრომ არასრულწლოვნებით ვაჭრობის ფაქტზე 1 პირი დააკავა