Another advertisement
Gürcüstanı III Avropa Oyunlarında 16 idman növü üzrə 99 nəfər idmançı təmsil edəcək.
Onların arasında 2 nəfəri Gürcüstan azərbaycanlısıdır: boksçu Sahil Allahverdiyev və kikboksçu Emil Xəlilov.
Ötən gün Gürcüstan Milli Olimpiya Komitəsində idmançıların beynəlxalq yarışlara yola salınması və andiçmə mərasimi keçirilib.
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq.