This is a specific ad

2023-2024-cü tədris ilində uşaq bağçalarına qeydiyyat prosesində dəyişiklik olacaq

75

Another advertisement

“2023-2024-cü tədris ilində Tbilisi uşaq bağçalarında qeydiyyat prosesinə daha bir prioritet qrup əlavə olunacaq”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, yeni qaydaya əsasən, uşaq bağçalarına qeydiyyat üç mərhələdə aparılacaq.

“Qeydiyyat zamanı sosial qruplar ayrılır, onlara üstünlük verilir. Bu qruplara bələdiyyə uşaq bağçalarının işçilərinin uşaqları da əlavə olunacaq, çünki bu insanların da istənilən başqa peşənin nümayəndələri kimi dəstəyə və öz vəzifələrini tam yerinə yetirmələri üçün şərait yaradılmasına ehtiyacları var”, – deyə Kaxa Kaladze bildirib.

Tbilisi merinin sözlərinə görə, indiyədək birinci mərhələdə prioritet sosial qruplar, ikinci mərhələdə isə ümumi qeydiyyat aparılırdı.

“Birinci mərhələdə prioritet sosial qrupları təmsil edən uşaqlar, ikinci mərhələdə Tbilisi Bələdiyyəsi ərazisində qeydiyyatda olan uşaqlar, üçüncü mərhələdə isə universal qeydiyyat elan olunacaq. Biz qeyd olunan dəyişikliklərlə əlaqədar Şəhər Şurasına müraciət edəcəyik və təsdiq edildikdən sonra iyul ayında qeydiyyat prosesinə başlayacağıq”, – deyə Kaxa Kaladze qeyd edib.

Bundan əlavə, şəhər meri, bələdiyyə tərəfindən müasir standartlara cavab verən uşaq bağçalarının tikintisinin davam etdirildiyini deyib.

“Müasir standartlara cavab verən uşaq bağçalarının tikintisi davam etdirilir. Sentyabrda Tbilisiyə üç yeni uşaq bağçası əlavə olunacaq. Ümumilikdə, bu mərhələdə 10 uşaq bağçasının tikintisi və ikisinin əsaslı təmiri davam edir”, – deyə Kaxa Kaladze əlavə edib.

Kateqoriya: Təhsil
Sonrakı yazı
İyunun 3-dən sürücülər üçün hansı dəyişikliklər həyata keçirilib?
Öncəki yazı
35 yaşlı kişi binadan yıxılıb