This is a specific ad

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni videokadrlar

54

Another advertisement

“Laçın” sərhəd-buraxılış məntəqəsi bazar günü də sabit iş rejimində fəaliyyətini davam etdirir.

QafqazTürk.com xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Bildirilir ki, 2023-cü il aprelin 23-də yaradılmış “Laçın” sərhəd-keçid məntəqəsi sutkada 24 saat, həftədə 7 gün fasiləsiz fəaliyyət göstərir ki, bu da buraxılış məntəqəsinin rejimini xeyli sadələşdirir.

Göründüyü kimi, sərhədi keçən Qarabağ bölgəsinin etnik ermənilərindən olan qadınlar, uşaqlar, kişilər qeydiyyat pəncərəsi qarşısında növbəyə düzülüblər. Yoxlama proseduru qarşılıqlı nəzakət mühitində keçir.

Qeyd olunur ki, sərhəd yoxlanışı zamanı heç bir mənfi hala rast gəlinməyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Spirtli içkilər 60 təhlükəli xəstəliyə yol açır
Öncəki yazı
Dünyanın gözü Bakıda: Ərdoğan bunu elan edəcək?