Another advertisement
İraqın şimalında partlayıcının işə düşməsi nəticəsində iki Türkiyə hərbçisi həlak olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə bazar günü Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“2023-cü il iyunun 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən quraşdırılmış kustar yolla hazırlanmış partlayıcının işə salınması nəticəsində iki qəhrəmanımız yaralanıb. Onlar xəstəxanaya aparılıb. Lakin hərbçiləri xilas etmək mümkün olmayıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, İraqın şimalında “Pəncə-Kilid” transsərhəd əməliyyatı ötən ilin aprelində başlayıb və məqsədi bölgəni orada yerləşən PKK yaraqlılarından təmizləməkdir.