Another advertisement
Misirin Marsa əl-Aləm kurort şəhəri sahillərində turistlərin olduğu yaxta yanıb.
Hadisə zamanı Qırmızı dənizə birlikdə dalan üç britaniyalı turist itkin düşüb.
QafqazTürk.com xəbər verir ki,daha 12 Britaniya vətəndaşı 12 misirli ekipaj üzvü ilə birlikdə xilas edilib. Onlar yaxınlıqdakı Marsa Şaqra Dalğıc Kurortunda təhlükəsiz yerə aparılıblar. “Hurricane” adlı yaxtadakı yanğına elektrik qısaqapanması səbəb olub.
Şəxsiyyətləri açıqlanmayan qalan üç britaniyalı turistin axtarışı aparılır. Böyük Britaniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxladığını və zərər çəkmiş vətəndaşlara dəstək verdiyini bildirib.