Another advertisement
Marneuli hərbi bazasında həlak olan əsgər Yusif Nəsibov son mənzilə yola salındı.
Qeyd edək ki, cari il iyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri 2005 təvəllüdlü Y.N.-un ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin intiharı nəzərdə tutan 115-ci maddənin 1-ci hissəsi əsasında araşdırmalara başlayıb.
İstintaqla müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu üzərindəki silahla növbətçilik kabinetində olub. Silah səsləri ilə əlaqədar postda yoxlama aparılıb və Y.N. ölü vəziyyətdə tapılıb.