This is a specific ad

Putin Ukraynanın əks-hücuma başladığını elan edib – SON VƏZİYYƏT

30

Another advertisement

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib.

QafqazTürk xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayır.

“Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir”, – Rusiya lideri bildirib.

O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb.

“Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq”, – V.Putin əlavə edib.

Sonrakı yazı
Vladimir Putin Belarusda nüvə silahlarının yerləşdiriləcəyi tarixi açıqlayıb
Öncəki yazı
Yormuğanlı ictimai məktəbinin şagirdlərinin təqdim etdiyi bizneslayihə “Məktəb-Biznes” forumunda qalib gəlib – ƏTRAFLI