This is a specific ad

Yormuğanlı ictimai məktəbinin şagirdlərinin təqdim etdiyi bizneslayihə “Məktəb-Biznes” forumunda qalib gəlib – ƏTRAFLI

83

Another advertisement

İyunun 8-də USAİD-in “Vətəndaş maarifləndirilməsi” proqramı çərçivəsində Kaxeti bölgəsi üzrə məktəb-biznes forumu keçirilib.

QafqazTürk.com xəbər verir ki, forumda Kaxetidən 65 məktəb iştirak edib.

Məktəb-biznes forumunda yuxarı sinif şagirdlərinın təqdim etdiyi bizneslayihələrdən ibarət sərgi təşkil olunub və özəl sektorun nümayəndələri bizneslayihələri ilə yaxından tanış olublar.

Forumda 14 məktəb qalib gəlib.

Qaliblər arasında Yormuğanlı ictimai məktəbindən “Bir-birimiz üçün” adlı vətəndaş kulubu da olub.

Yormuğanlı ictimai məktəbinin şagirdlərinin təqdim etdiyi bizneslayihə vətəndaş təhsili kabineti açılmasını, kabinetdə şagirdlərlə aktiv görüşlər keçirilməsini, layihələrin hazırlanmasını, qeyrı-formal təhsil fəaliyyətini və şirkətlərlə reklam əməkdaşlığını nəzərdə tutur.

Tədbirin sonunda özəl sektorun nümayəndələri çıxış edərək cəmiyyət üçün faydalı işlərdə biznesin rolundan danışıblar.

Sonrakı yazı
Putin Ukraynanın əks-hücuma başladığını elan edib – SON VƏZİYYƏT
Öncəki yazı
Azərbaycan səfiri etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavininə təqdim edib