Another advertisement
Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı Şaumiani və Xocorni inzibati ərazi vahidlərinə daxil olan kəndlərin sakinləri ilə görüşüb.
“Şadam ki, sakinlər görüşlərdə fəal iştirak edirlər və biz onlardan komandamıza böyük dəstək hiss edirik. Vətəndaşlara prioritetlərimizi təqdim etdik, onların ehtiyaclarını dinlədik, gələcək planlardan da danışdıq. Mən hər bir vətəndaşa səmimi qəbula və görüşlərdə fəal iştirakına görə təşəkkürümü bildirirəm”- deyə Zaur Darğallı bildirib .
Qeyd edək ki, Gürcüstan parlamentinin üzvü, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğalı Marneulinin digər kəndlərində də əhali ilə görüşlər keçirməyi planlayır.